Ümummmilli Lider Heydər Əliyev ahıllara, əlillərə və müharibə veteranlarına həmişə diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həllinə çalışır və müharibə veteranları, əlillərə xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi.
Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ahıllara, müharibə veteranlarına, şəhid ailələrinə,əlillərə göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür.Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də sosial yardıma ehtiyacı olan ahıl vətəndaşların, xüsusi ilə veteranların, şəhid ailələrinin, əlillərin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət göstərilir.
Son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi
istiqamətində mühüm tədbirlər həyata keçirilir. Vətəndaşların sosial
müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin
əsas istiqamətlərindən biridir. Ümumiyyətlə, ölkədəki davamlı tərəqqi ən çox
sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni
imkanlar yaradır. Əhalinin sosial müdafiəsi Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin
mühüm prioritetlərindən biridir.
Ahıllara, müharibə veteranları, şəhid ailələri və əlil vətəndaşlara
dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra
Hakimiyyəti tərəfindən də bir sıra tədbirlər
təşkil edilib keçirilir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə
tez-tez görüşlər təşkil edilib keçirilir, onların istək və təklifləri nəzərə
alınır, yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha
ahıl və əlil insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş
etdirir.
İyun ayının 28-də bir qrup
müharibə veteranları, şəhid ailələri, ahıllar və əlillər xüsusi avtobusla
Pirşağı qəsəbəsindəki İstirahət Mərkəzində olmuşlar.
Görüşdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının
birinci müavini Gülarə Verdiyeva ahılları, müharibə veteranları və
şəhid analarını salamlamış, Prezident İlham Əliyevin və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevanın ahıl insanlara, veteranlara,şəhid ailələrinə, əlillərə,
az aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Gülarə
Verdiyeva bildirdi ki, bu gün dövlət ahıl, əlil və xüsusi qayğıya
ehtiyacı olan vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən,
mənzil, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat
vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Bu da
xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət qayğısının gücləndirilməsi
siyasətinə uyğun olaraq şəxslərin rifah halını yaxşılaşdırmaq və onlara dövlətin
dəstək və davamlı qayğısının bariz nümunəsidir. Göründüyü kimi, Azərbaycanda
həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir. Sözsüz,
dövlətimizin başçısının müvafiq sərəncam və fərmanları ölkə ictimaiyyəti, o
cümlədən, ahıllar, müharibə veteranları, şəhid ailələri, müharibə əlilləri
tərəfindən də yüksək qiymətləndirilir.
Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqalı,
Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi
rayon şöbəsinin Sədri İsmayıl Fərəcov, Böyük Vətən Müharibəsi veteranı Ağababa İskəndərov,əmək veteranları Məleykə Ağazadə,
Novruz Quliyev, və digərləri onlara göstərilən diqqət və
qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevaya
minnətdarlıqlarını bildirdilər. Səmimi söhbət zamanı veteranlar
bildirmişlər ki, bu gün ölkəmizdə aparılan geniş quruculuq işləri,
sabitlik onları çox sevindirir. Bakı şəhərinin və regionların günügündən
abadlaşdırılması və gözəlləşdirilməsi, Bakıda və diğər şəhərlərdə keçirilən
beynəlxalq tədbirlər onları fərəhləndirir.