Neftin qiymətində düşüşü davam edir

Neftin qiymətində düşüşü davam edir

Dünya birjalarında neftin qiymətində ucuzlaşma müşahidə olunur.

Aktual.az  anspress-ə istinadən xəbər verir ki, hazırda dünya bazarlarında "Brent" markalı neftin bir barelinin qiyməti 41.06 dollar təşkil edir. 

"WTI" markalı neftin qiymətində də ucuzlaşma qeydə alınıb. Ötən həftə sonu 39.44 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 38.99 dollar müəyyən olunub. 

Ötən həftə "AzəriLayt" markalı neftin bir barelinin qiyməti 1,53 dollar bahalaşaraq 42,63 dollar təşkil edib.

Dünya bazarında 21.03.16 tarixində neftin qiyməti
Əlvan metalların qiymətində cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 40,35 dollar olub. Platinin 1 qramı 31.09 dollar, palladiumun 1 qramı isə 18.95 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.50 dollar müəyyənləşib.

Dünya bazarında 21.03.16 tarixində əlvan metalların qiyməti
Novruz bayramı münasibəti ilə tətil elan edildiyi üçün bu həftə valyutanın məzənnələri AMB-nin son göstəricilərinə əsasən stabil qalacaq. AMB-nin son iş günü - 18.03.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5971 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.8066 manat, Rusiya rublu isə bahalaşaraq 0.0235 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.3099 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5609 AZN dəyərində müəyyənləşib.

Valyutanın məzənnəsi
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bayramdan sonrakı ilk iş günü üçün - 28.03.2016-cı il tarixə USD/AZN rəsmi məzənnəsi 1,5876 səviyyəsində müəyyən olunub.

Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR