Neftin qiyməti 15 il bahalaşmayacaq

Neftin qiyməti 15 il bahalaşmayacaq

Neftin ucuz qiymətlər mərhələsi 15 il davam edə bilər.

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Vedomosti” qəzetinə verdiyi müsahibədə Rusiyanın maliyyə naziri Maksim Oreşkin bildirib.

“Biz indi xammalın qiymətinin ucuzlaşması mərhələsindəyik, bu ötən illərdə olduğu kimi 15 ilə qədər davam edə bilər. Bu əvvəlki 15 ildə yaşadığımız paradiqmalarla müqayisədə başqa paradiqmanı göstərir”, - o hesab edir.

Oreşkin qeyd edib ki, bununla yanaşı, Rusiya iqtisadiyyatı neftin yeni qiymətlərinə daha tez adaptasiya edir, yeni reallığa adaptasiyada hamıdan irəlidədir.

Daha öncə Oreşkin, 2016-cı ildə neftin cari qiymətlərinin qorunduğu halda Rusiyada böhranın 7,5-8% olacağını bildirmişdi. 

Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR