"Neftin hazırkı qiyməti TAP-ın reallaşdırılmasına təsir etməyəcək"


Neftin qiymətlərinin aşağı olmasına baxmayaraq, Transadriatik qaz kəmərinin (TAP) tikintisi davam etdiriləcək.

Trend-in Reuters-ə istinadən verdiyi məlumata görə, bunu TAP-ın Yunanıstan üzrə direktoru Rikard Skufias deyib.

Onun sözlərinə görə, maliyyə investisiyaları üzrə qərar artıq qəbul edilib: "Lakin neftin qiymətlərinin aşağı olması xərclərin idarə edilməsinə təsir edə bilər".

Qeyd edək ki, TAP layihəsi Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Aİ ölkələrinə nəqlini nəzərdə tutur.

TAP-ın tikintisinə 2016-cı ilin ortalarında başlanılması gözlənilir.

Aktual.az 

Xəbər 542 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR