`Günəşli` yatağında baş verən hadisə zamanı itkin düşən şəxslərin axtarışları sabah müvəqqəti olaraq dayandırılacaq.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, hava şəraitinin pisləşməsi ilə əlaqədar sabah gəmilərlə axtarış müvəqqəti olaraq dayandırılacaq və hava şəraiti düzələndən sonra yenidən davam etdiriləcək.
B.Ağarəhimov qeyd edib ki, helikopterlərin axtarışları davam etdirib-etdirmiyəcəyi FHN-nin qərarından asılı olacaq.