Neftçilərin axtarışında problem - Hava şəraiti xilasetmə tədbirlərini gecikdirir

Neftçilərin axtarışında problem   - Hava şəraiti xilasetmə tədbirlərini gecikdirir

"Saat 20:00-a olan məlumata görə, "Günəşli" yatağında baş verən yanğın nəticəsində itkin düşən neftçilərin axtarışları davam edir, lakin təəssüflər olsun ki, yeni nəticə əldə olunmayıb".


Aktual.az-ın məlumatına görə, bu barədə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.

X.Məmmədov bildirib ki, əlverişsiz hava şəraiti, sərt dəniz havası, külək, dalğa xilasetmə tədbirlərini gecikdirir və axtarışları çətinləşdirib.

O, əlavə edib ki, hazırda yanğının söndürülməsi işləri də davam etdirilir.

X.Məmmədov yanğınla bağlı ittihamlara da münasibət bildirib: “İttihamlar səslənir ki, əvvəlcədən dənizdə güclü küləyin olacağını bilə-bilə, neftçilər o platformadan çıxarılmayıb. Bu ittihamlar əsassızdır. Çünki güclü küləyin olacağı proqnozlaşdırılan zaman həmin platformada çöl işlərinin məhduddlaşdırılması tapşırığı verilib”.

Vitse-prezident qeyd edib ki, partlayış baş verən an yanğın bütün platformanı bürüyüb: “Əgər bütün işçilər bayırda olsaydı, onların hamısı yanardı. Faktiki olaraq partlayış zamanı bir nəfər xəsarət alıb. Qalan işçilər isə qapalı şəraitdə olub”.

X.Məmmədov deyb ki, kimlərinsə evdə oturaraq işin mahiyyətini bilmədən iddialar səsləndirməsi düzgün deyil: “Belə yalanlarla insanların heysiyyatına toxunmaq mənəviyyatsızlıqdır”. 

Aktual.az

Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR