"Neftçi" italiyalı hücumçu ilə müqavilə bağlayacaq

  • İDMAN

 "Neftçi" klubu heyətinə daha bir futbolçu qatmağa çox yaxındır. 

"Report" "Alfredopedulla.com" saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi italiyalı hücumçu Canluka Sansoneni heyətinə qatacaq. 
32 yaşlı oyunçu tibbi müayinədən keçəndən sonra flaqmanla müqavilə imzalayacaq. Onun sözləşməsi 2020-ci ilə qədər nəzərdə tutulacaq. 
Qeyd edək ki, Canluka Sansone karyerası ərzində İtaliyanın "Sampdoriya", "Torino", "Sassuolo" və "Bolonya" kimi klublarında çıxış edib. "Neftçi"nin baş məşqçisi Roberto Bordin də italiyalıdır.
 
Aktual.az
Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR