Nazirlikdə ciddi struktur islahatları aparıldı

Nazirlikdə ciddi struktur islahatları aparıldı

Vergilər Nazirliyində bir sıra struktur islahatları aparılıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, nazirliyin tərkibində 7 departament yaradılıb.

Məlumata görə, nazirliyin tərkibində olan 6 baş idarə eyni adlı departamentə çevrilib və əlavə olaraq bir yeni departament yaradılıb.

Yaradılan departamentlər Vergi siyasəti və strateji araşdırmalar departamenti, Daxili təhlükəsizlik departamenti, Vergi risklərinin təhlili və nəzarəti departamenti, Hüquq departamenti, Ərazi vergi orqanları ilə iş üzrə departament, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamenti və yeni yaradılan Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentidir.
 

Aktual.az

Xəbər 250 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR