Nazir xüsusi tapşırıq verdi

Nazir xüsusi tapşırıq verdi

Müdafiə Nazirliyindən (MN) Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın cəbhəboyu yerləşən yaşayış məntəqələrinin atəşə tutulması və atəşkəs rejiminin pozulması hallarının artmasına münasibət bildirilib.

Nazirliyin mətbuat xidmətindən Aktual.az-a verilən açıqlamada deyilir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov yaşayış məntəqələrinin ermənilər tərəfindən atəşə tutulması halında atıcı silahların əhatə dairəsindən uzaq olan düşmən mövqelərinə, erməni əhalinin sıx yerləşdiyi yaşayış məntəqələrinə və oradakı hərbi obyektlərə Azərbaycan ordusunun sərəncamındakı iriçaplı silahlardan dərhal zərbə endirilməsi barədə xüsusi tapşırıq verib. 

 
Xəbər 740 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR