"Zəngəzur dəhlizində də Avropa İttifaqının marağı olduğunu vurğulamağa çalışırıq".
Aktual.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bildirib.
"Zəngəzur dəhlizi bu dəfə sadəcə karbohidratlarin deyil, yaşıl enerjinin Avropaya daşınması və Avropanın Azərbaycanda baş verən proseslərdən yararlanması üçün zəmin yaradır", - nazir müavini qeyd edib.
Onun sözlərinə görə, bu zəminin şərtlərindən biri Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün təmin olunması və Zəngəzur dəhlizinin açılmasıdır.
Xəbər 263 dəfə oxunub.