Nazir iki vəzifəli şəxsi işdən azad etdi

Nazir  iki vəzifəli şəxsi işdən azad etdi

Mədəniyyət və Turizm Nazirliyində struktur bölmələrin iştirakı ilə kollegiya iclası keçirilib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, kollegiyada IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının yekunları, Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sisteminin (ALISA) tətbiqi, Gəncə şəhəri və Şəmkir rayonu ərazisindəki tarixi abidələrin vəziyyəti, İmişli, Zərdab və Qax rayonlarının mədəniyyət və turizm şöbələrində nazirlik tərəfindən aparılan yoxlamaların nəticələri müzakirə olunub.

Kollegiyada şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə İmişli rayon mədəniyyət və turizm şöbəsinin müdiri Süleyman Bəşirovun vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.

Qərara alınıb ki, 65 yaşının tamam olması ilə əlaqədar müvafiq qanunvericiliyin tələbi nəzərə alınaraq, Zərdab rayon mədəniyyət və turizm şöbəsinin müdiri Eldəniz Abdullayevlə bağlanan əmək müqaviləsinə 1 yanvar 2016-cı il tarixdə xitam verilsin.

Kollegiyanın iclasına yekun vuran Əbülfəs Qarayev müzakirə olunan məsələlər və qeyd olunan nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.

Xəbər 520 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR