Nazir ermənilərin Şuşadan oğurladıqları xalçaların geri qaytarılması üçün görülən işləri açıqladı

Nazir ermənilərin Şuşadan oğurladıqları xalçaların geri qaytarılması üçün görülən işləri açıqladı

"Ermənilərin Şuşa Muzeyindən oğurladığı eksponatların və xalçaların geri qaytarılması üçün müxtəlif beynəlxalq instansiyalar və konvensiyalar var. Ancaq təəssüflər olsun ki, orada məcburedici müddəalar yoxdur”.

"Report”a açıqlamasında mədəniyyət naziri Anar Kərimov bildirib.

O deyib ki, beynəlxalq konvensiyalarda məsələ ilə bağlı boşluq var: "Həmin sənədlərdə beynəlxalq təşkilatların hansısa ölkədən oğurlanan eksponatları geri alması mexanizmi yoxdur. Hər bir halda bu məsələnin beynəlxalq səviyyədə qaldırılması və təbliğ olunması çox önəmlidir. Biz də bunu edirik.

Buna cavabdeh olan ən vacib təşkilat YUNESCO-dur. Orada da hər hansı bir ölkədən mədəni sərvətlərin qeyri-qanuni olaraq çıxarılmasını, mənimsənilməsini və s. halları qadağan edən konvensiya var. Biz də, Ermənistan da bu konvensiyanın üzvüyük. Bu konvensiyaya qoşulan ölkə kimi YUNESCO-da iddialarımızı ortaya qoymuşuq, həmin irsin Azərbaycana olduğunu qeyd etmişik. Bu məsələ beynəlxalq müstəvidə müzakirə olunmalıdır”.

Xəbər 1111 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR