Nazir Azərbaycanın dərman aldığı əsas ölkələrin adlarını açıqladı

Nazir Azərbaycanın dərman aldığı əsas ölkələrin adlarını açıqladı

"Hazırda əczaçılıq fəaliyyəti sahəsi (dərman vasitələrinin topdan və pərakəndə satışı, istehsalı) üzrə qüvvədə olan lisenziyaların sayı 2257-dir”.

Aktual.az-ın məlumatına görə, İqtisadiyyat naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev AZƏRTAC-a müsahibəsində deyib ki, ölkəmizə dərman vasitələrinin idxalı 50-yə yaxın fəal idxalçı tərəfindən həyata keçirilir:

"Ötən il üzrə idxalın təhlili göstərir ki, dərman vasitələri idxalının təqribən 80%-i Avropa ölkələrinin və digər inkişaf etmiş ölkələrin payına düşür.

Dərman vasitələrinin digər hissəsi isə əsasən Rusiya, Ukrayna və Belarusdan idxal olunur. İdxal üzrə strukturda ölkələrin payı dərman vasitələrinin dövlət qeydiyyatı üzrə strukturuna uyğun olduğundan ucuz və ya bahalı dərman məsələsi optimal şəkildə tənzimlənir.

Eyni zamanda, əhalinin hər 100 min nəfərinə düşən aptek təşkilatlarının sayı 22-dir ki, bu da İqtisadı Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə orta göstəriciyə (25) uyğundur”, - deyə Ş.Mustafayev xatırladıb.
 
Aktual.az
Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR