Nazir Azad Rəhimov BMT nümayəndəsi ilə görüşüb

Nazir Azad Rəhimov BMT nümayəndəsi ilə görüşüb

Oktyabrın 21-də BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktor müavini Olivye Adam Gənclər və İdman Nazirliyində olub.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, nazir Azad Rəhimov BMT-nin 70 illik yubileyi ilə əlaqədar oktyabrın 21-23-də ölkəmizdə keçiriləcək tədbirlərlə bağlı ölkəmizə səfərə gələn BMT nümayəndəsi ilə görüşdə ötən il Gənclər Siyasəti üzrə Qlobal Forumun keçirilməsində birgə əməkdaşlığın məhsuldarlığından danışıb.

A. Rəhimov qeyd edib ki, forumda dünyanın müxtəlif ölkələrindən 600-dən çox nümayəndə iştirak edib.
Nazir onu da vurğulayıb ki, belə tədbirlər əməkdaşlığın möhkəmləndirilməsinə kömək edir.

Direktor müavininə ölkəmizdə gənclər siyasəti sahəsində görülən işlər, gənclər mərkəzlərinin fəaliyyəti barədə məlumat verilib.

O. Adam Gənclər və İdman Nazirliyi ilə BMT arasındakı qarşılıqlı münasibətlərin səviyyəsindən məmnunluğunu bildirib. O, sosial layihələrin reallaşdırılması və gənclər üçün seminar-treninqlərin təşkili sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.

A. Rəhimov müvafiq sahədə yeni təşəbbüsləri və qarşılıqlı əlaqələrin istiqamətlərini müzakirə etməyə hazır olduğunu bildirib.

Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR