Nazarbayev ikinci ailəsi haqda ilk dəfə yazdı

Nazarbayev ikinci ailəsi haqda ilk dəfə yazdı
  • DÜNYA

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev "Mənim həyatım” adlı memuarında ilk dəfə ikinci ailəsindən bəhs edib.
Aktual.az xəbər verir ki, bu barədə "Orda.kz” portalı məlumat yayıb.
Kitabda Nazarbayevin ikinci xanımı - Asel İsabayeva ilə evliliyi və iki oğlu barədə etiraflar var.
"Biz müsəlman adətləri ilə evlənmişik. Bu evlilik mənə iki uşaq – iki şərəfli oğlan verdi. Tauman 2005-ci, Bayken isə 2008-ci ildə anadan olub”, - Nazarbayev bildirib.
Hətta Nazarbayevin 1962-ci ildə evləndiyi Sara adlı ilk xanımı da keçmiş prezidentin ikinci ailəsi barədə məlumatlı olub.
Nəşrin məlumatına görə, kitab tezliklə satışa çıxarılacaq. Hələlik ilk nüsxələri siyasətçilər, ekspertlər və jurnalistlər əldə ediblər.
Xəbər 207 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR