Nazarbayev 30-dan çox səlahiyyətindən imtina edir

Nazarbayev 30-dan çox səlahiyyətindən imtina edir
  • DÜNYA

Qazaxıstanda keçirilən Konstitusiya islahatlarının nəticələrinə görə, prezidentin 30-da çox səlahiyyəti hökumətə veriləcək.

Publika.az xəbər verir ki, bu haqda Qazaxıstan Senatının (parlamentin yuxarı palatası) spikerin müavini Sergey Qromov məlumat verib.
"Artıq məlumdur ki, prezidentin 30-dan çox səlahiyyəti hökumətə ötürüləcək. Bu, işçi qrupun iclasında səsləndi”, - deyə Qromov jurnalistlərə söyləyib.
2016-cı ilin dekabrında prezident Nursultan Nazarbayev bildirib ki, xüsusi komissiya prezident, parlament və hökumət arasında səlahiyyətlərin yenidən bölüşdürülməsi imkanına baxmalıdır. Amma qeyd edib ki, Qazaxıstanda prezident idarə üsulu qalacaq.

Aktual.az
Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR