Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb.
Aktual.az-ın AzərTAc-a istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə prezidentin ehtiyat fondundan Muxtar Respublikaya 7 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamın təmin edilməsi tapşırılıb.