Naxçıvan İH-də yoxlama: 5,3 milyonluq mənimsəmə...

Naxçıvan İH-də yoxlama: 5,3 milyonluq mənimsəmə...

Naxçıvan Şəhər İcra Hakimiyyətində yoxlamalar başa çatdırılıb.
Aktual.az xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il üzrə İş Planına uyğun olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti və onun tabeli təşkilatları üzrə dövlət vəsaitinin istifadəsinin auditi aparılıb. Audit 2021-2022-ci illəri əhatə etmiş və uyğunluq auditi formasında həyata keçirilib.
Nəzarət tədbiri nəticəsində 1.792.167 manat məbləğində artıq və qanunsuz əməkhaqqı ödənilməsi, 564.407 manat məbləğində mal alışının əmtəəsiz sənədləşdirilməsi, 2.955.000 manat məbləğində vətəndaşlardan vəsaitin qanunsuz tələb edilməsi halları müəyyən edilib.
Auditlə, həmçinin İcra Hakimiyyətinin tabeli qurumlarında küçələrin işıqlandırılması xərclərinin sayğac göstəricilərinə uyğun aparılmadığı, istehsalçılara satılmış suyun faktiki həcminin rəsmiləşdirilmiş göstəricidən nəzərəçarpacaq dərəcədə az olduğu, malların baha qiymətə rəsmiləşdirildiyi, dövlət əmlakından qanunsuz istifadə edildiyi və büdcəyə çatacaq vergilərin ödənilmədiyi də aşkar olunub.
Müəyyən olunmuş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal edilməsi nəzərə alınaraq Hesablama Palatasının Kollegiyası tərəfindən auditin nəticələrinə dair müvafiq materialların hüquq mühafizə orqanlarına göndərilməsi qərara alınıb.
Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR