NATO ölkələrinin XİN rəhbərləri təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

NATO ölkələrinin XİN rəhbərləri təhlükəsizlik məsələlərini müzakirə edəcəklər
  • DÜNYA

NATO ölkələrinin xarici işlər nazirləri noyabrın 28-29-da Brüsseldə keçiriləcək iki günlük toplantıda təcili təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Aktual.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
"Biz son onilliklərin ən təhlükəli dünyası ilə üzləşmişik”, - NATO rəhbəri keçirdiyi mətbuat konfransında jurnalistləri xarici işlər nazirləri səviyyəsində Şimali Atlantika Şurasının gündəliyi ilə tanış edərkən deyib.
Stoltenberq Yaxın Şərqdəki münaqişəni beynəlxalq təhlükəsizliyin ən aktual problemlərindən biri sayır. O, Qəzza zolağında İsrail və HƏMAS arasında humanitar fasilənin uzadılmasının vacibliyinə işarə edib.
"Mən fasilənin uzadılmasına çağırıram. Bu, bizə Qəzza zolağının əhalisinə çox ehtiyac duyulan yardımı göstərməyə və daha çox girovları azad etməyə imkan verəcək", - baş katib qeyd edib.
O, bildirib ki, Qəzzadakı münaqişənin siyasi həlli üçün uzunmüddətli perspektiv axtarmaq lazımdır.

Xəbər 119 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR