“NATO ilə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmalıyıq”

“NATO ilə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmalıyıq”

Azərbaycan MN-in idarə rəisi: “NATO ilə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmalıyıq”



“NATO qərargahında 10 azərbaycanlı zabit fəaliyyət göstərir. Bu, ən yüksək göstəricidir. Digər ölkələrdə bu göstərici 5-6 nəfərdir”.


Bu sözləri Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov NATO-Azərbaycan əlaqələrinə həsr olunmuş tədbirdə deyib.

 

Azərbaycanın NATO ilə əməkdaşlığını yüksək qiymətləndirən H. Mahmudov ölkəmizin eksklüziv imkanlardan daha çox bəhrələnmək istədiyini söyləyib: “Biz münasibətlərimizi daha yüksək səviyyəyə daşımalıyıq. Hazırda Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması prosesi həyata keçirilir. Bizim əsas məqsədimiz səmərəli müdafiə sisteminin qurulmasıdır. Azərbaycanın NATO standartlarına uyğunlaşması ən böyük uğurlarımızdan biridir. NATO tədbirlərində iştirak hazırlıq səviyyəmizi yüksəldir. Biz sülhməramlı missiyalara və beynəlxalq təhlükəsizliyə töhfə veririk. NATO standartlarından yararlanmaqla milli standartlarımızı inkişaf etdiririk”.(APA)



Xəbər 1727 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR