Bakının Nardaran qəsəbəsinə elektrik enerjisinin verilişi bərpa edilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, "Azərişıq" ASC-nin elektrik enerjisinin təchizatı ilə bağlı Nardaranda yaratdığı qərargahdan bildirilib ki, elektrik enerjisinin bərpası ilə bağlı qərargaha 1500 müraciət daxil olub: "Bu müraciətlər əsasında 1000-dən çox evə SMS tipli sayğaclar quraşdırılıb, artıq həmin evlərə elektrik enerjisi verilir".
Məlumata görə, qərargahda abonentlərlə müqavilə bağlanılır, sayğaca yüklənilən vəsait əsasında elektrik enerjisi ilə təmin olunurlar.