Nardaran hadisələri ilə əlaqədar 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Aktual.az-ın məlumatına görə, bunu AzTV-yə nüsahibəsində daxili işlər naziri Ramil Usubov deyib.
Nazir qeyd edib ki, qəsəbədə keçirilən əməliyyatlar zamanı 5 nəfər məhv edilib: "Əməliyyatlar zamanı 6 avtomat, çoxlu sayda tapança və partlayıcı qurğu aşkar edirilib. Əməliyyatlar davam etdirilir".
R.Usubov əlavə edib ki, artıq 23-cü dəfədir ki, Nardaranda polislə sakinlər arasında qarşıdurma yaşanıb.
Nazir Nardaran sakinlərindən xahiş edib ki, əllərdə olan silahları yerlərdəki post patrul xidmətlərinə təhvil versinlər.
R.Usubov qeyd edib ki, Nardaran istisna olmaqla, hazırda Azərbaycanda hər yerdə əmin-amanlıqdır.
Aktual.az