Nadejda Savçenko Moskvaya gedib

Nadejda Savçenko Moskvaya gedib
  • DÜNYA

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko Moskvaya gedib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, N.Savçenko Rusiyada qadağan edilmiş Ukraynanın UNA-UMSO təşkilat üzvlərinin - Nikolay Karpyuk və Stanislav Klıxın işi üzrə Moskvada keçiriləcək məhkəmə iclasında iştirak etmək niyyətindədir. Onların iş üzrə apellyasiyaya Rusiya Federasiyasının Ali Məhkəməsi tərəfindən baxılır.
O, siyasi intihar olacağı təqdirdə belə, bunu etmək niyyətində olduğunu qeyd edib.
Onun vəkili Nikolay Polozov isə N.Savçenkonun Rusiyaya səfər etməsinə heç bir maneənin olmadığını deyib: "N.Savçenko Rusiya prezidentinin fərmanı ilə əfv edilib. Formal baxımdan o, tam azad insandır, heç bir hüquqi maneə yoxdur".
Qeyd edək ki, N.Savçenko 2014-cü ilin iyul ayında saxlanılıb, 2016-cı ilin mart ayında isə Rostov vilayətinin Donetsk məhkəməsi onu Luqansk yaxınlığında rusiyalı jurnalistlər İqor Kornelyuk və Anton Voloşinin öldürülməsində ittiham edərək 22 illiyə azadlıqdan məhrum edib. May ayında ölən jurnalistlərin yaxınlarının xahişi ilə Rusiya prezidenti Vladimir Putin N.Savçenkonu əfv edib. Mayın 25-də o, Ukraynaya qayıdıb.
 
Aktual.az 
Xəbər 317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR