Nağd dollara tələbat 25% artıb ​Azərbaycanda

Nağd dollara tələbat 25% artıb  ​Azərbaycanda

Azərbaycan bank sektoru bu ilin aprel ayında müştərilərə 1,408 mlrd. ABŞ dolları həcmində nağd dollar kütləsi satıb, eyni zamanda, əhalidən 265,2 mln. dollar alınıb. Nəticədə, xalis dollar satışı 1,143 mlrd. dollar təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) "Report"a verilən məlumata görə, aprel ayının 1-i ilə müqayisədə xalis satışda artım 228,7 mln. dollar və ya 25% olub. Ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 580,7 mln. dollar və ya 2 dəfədən çox artıb. 

Hesabat ayında nağd dollarla aparılan alış-satış əməliyyatlarının orta məzənnəsi 1,0568 AZN/USD olub.
Qeyd edək ki, bu ilin martında banklar tərəfindən 153,5 mln. dollar alınıb, 1,067 mlrd. dollar satılıb, xalis satış isə 914,01 mln. dollar olub.
Məlumat üçün bildirək ki, 2015-ci ilin yanvar-aprel aylarında Azərbaycan banklarının toplam nağd dollar alışı 1,004 mlrd. dollar, satışı 6,479 mlrd. dollar, xalis satış isə 5,475 mlrd. dollar təşkil edib. Bu, keçən ilin analoji dövrünə nisbətən 3,17 mlrd. dollar və ya 2,4 dəfə çoxdur.

Aktual.az

Xəbər 906 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR