Müsəlmanlar ibadət yerlərinin bağlanmasına belə etiraz etdi

Müsəlmanlar ibadət yerlərinin bağlanmasına belə etiraz etdi
  • DÜNYA

Roma şəhərində yaşayan yüzlərlə müsəlman İtaliya hökuməti tərəfindən qanunsuz fəaliyyət göstərən ibadət yerlərinin bağlanmasına etiraz əlaməti olaraq Kolizey yaxınlığında dua ediblər.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə cümə günü Qərb mətbuatı yazıb.
KİV-in məlumatına görə, dindarlar antik memarlıq abidəsi olan Kolizeyin yaxınlığında camaat namazı qılıblar.

Məlumatda qeyd olunur ki, İtaliyada 1,6 milyona yaxın müsəlman yaşasa da, rəsmi qeydiyyatdan keçən məscidlərin sayı nisbətdə xeyli azdır. Bu səbəbdən də dindarlar ibadət üçün evlərə və islam mədəniyyət mərkəzlərinə toplaşırlar. Lakin bəzi italiyalı siyasətçilərin iddiasına görə, bu kimi tədbirlər ölkənin müsəlman icmasında radikal əhval-ruhiyyənin artmasına gətirib çıxarır.
 
 

Aktual.az 

Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR