Müharibəyə göndərilirdilər, Bakı onları geri aldı

Müharibəyə göndərilirdilər, Bakı onları geri aldı

Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları ölkəyə gətirilib.
Aktual.az
 APA-ya istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşları 1975-ci il təvəllüdlü Elxan Əkbər oğlu Şirinovun, 1982-ci il təvəllüdlü Vüqar Nazim oğlu Məhərrəmovun və 2004-cü il təvəllüdlü Nihad Tapdıq oğlu Rzayevin saxlanıldığı barədə məlumat daxil olan kimi vətəndaşlarımızın ölkəmizə geri qaytarılması məqsədilə dərhal Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, Rusiya XİN-i və digər aidiyyəti qurumlarla danışıqlar aparılıb.
"Bununla yanaşı, saxlanılmış vətəndaşlarımızın səfirliyimizin əməkdaşları ilə telefon danışığı baş tutub. Vətəndaşlarımızın ölkəmizə geri qaytarılması istiqamətində aparılmış iş nəticəsində qeyd edilən vətəndaşlarımızın 21 sentyabr tarixində Rusiya Federasiyası ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib", - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, təqribən bir ay bundan əvvəl Çeçenistanda 3 nəfər Azərbaycan vətəndaşı - Elxan Şirinov, Vüqar Məhərrəmov və Nihad Rzayevin Rusiya Federasiyası miqrasiya qanunlarını pozmaları ittihamı ilə saxlanıldıqları, daha sonra Elxan Şirinov və Vüqar Məhərrəmovun Ukraynada müharibəyə göndərilmək məqsədilə Qroznıda təlimlərə cəlb olunduqları barədə xəbərlər yayılmışdı.
Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR