Müğənnilər seçkilərə hazırlaşır – Kim mandat almaq istəyir?

Müğənnilər seçkilərə hazırlaşır –   Kim mandat almaq istəyir?

2015-ci il parlament seçkilərinə 3 aydan da az vaxt qalıb.

Artıq yavaş-yavaş seçkidə iştirak edəcək namizədlərin adları açıqlanır.

Bəs, bu seçkidə sənət, şou-biznes nümayəndələrindən kimlər namizədliklərini irəli sürəcək?

Aktual.az aznews.az-a istinadən müğənnilər arasında keçirilən sorğunu təqdim edir:



Xalq artisti Flora Kərimova belə niyyətinin olmadığını bildirib: “Mən parlament seçkilərində iştirak etmişəm. Namizəd olaraq sınaqdan keçmişəm. Hamı bilir ki, qatıldığım dairədə qələbə qazandım. Amma daha parlament seçkilərində namizəd olaraq iştirak etmək kimi niyyətim yoxdur”.



Xalq artisti İlhamə Quliyeva yaradıcılıqla məşğul olduğunu deyib:“Mənim deputatlığa ehtiyacım yoxdur. İşim yaradıcılıq və səhnədir. Heç vaxt deputat olmaq kimi bir niyyətim olmayıb”.



Xalq artisti Niyaməddin Musayev də deputat olmaq istəməyənlərdəndir: “Mən parlament seçkilərində namizədliyimi irəli sürmək fikrində deyiləm”.



Əməkdar artist Tünzalə Ağayeva sənət adamının yerinin Milli Məclis yox, səhnə olduğunu bildirib: “Başım ancaq yaradıcılıq işlərinə qarışıb. Parlament seçkilərinə namizəd olaraq qatılmaq kimi fikrim yoxdur. Sənət adamının yeri səhnədir”.




Əməkdar artist Ədalət Şükürov təbliğat-təşviqat kampaniyalarında iştirak edəcək: “Biz hər seçkidə olduğu kimi bu dəfə də təbliğat-təşviqat kampaniyasında iştirak edəcəyik. Rayonlara gedəcəyik, Bakıda nəzərdə tutulan tədbirlərdə üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik. Amma mən heç vaxt deputat olmaq istəməmişəm. Hər kəs öz işini görməlidir. Bizim yerimiz səhnədir. Əlbəttə ki, bizi cəmiyyət tanıyır. Əgər namizədliyimi versəm kifayət qədər səs alaram. Buna baxmayaraq yerim səhnə və sənətdir”.



Əməkdar artist Lalə Məmmədova: “Yox, qarşıdan gələn parlament seçkilərinə namizəd olaraq iştirak etmək fikrində deyiləm. Səbəbini heç özüm də bilmirəm, amma deputatlıq mənə yaddır”.



Müğənni Xatirə İslam siyasətə qarışmadığını vurğulayıb: “Mənim siyasətlə nə işim var?!Bizim çox gözəl deputatlarımız var. Amma sənətçinin yerimiz səhnədir. Deputat olmaq mənlik deyil. Mənim işim ancaq oxumaqdır”.



Bəstəkar-müğənni Elza Seyidcahan isə hələ qərarsızdır: “Həyatdır, nə desən olar. Hələ ki, bilmirəm”.

 
Xəbər 1376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR