Azərbaycanda daha 12 rayon və şəhərdə müəllimlərin bilik və bacarıqlarının diqnostik qiymətləndirilməsinin keçirilməsi tarixləri müəyyənləşdirilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, ilk sınaq qiymətləndirmə Masallı Olimpiya İdman Kompleksində 28-30 noyabrda Masallı və Cəlilabad rayonundan olan müəllimlər üçün keçiriləcək.
Dekabrın 4-7-də İmişli , Saatlı, Sabirabad, Şirvan, Hacıqabul rayon müəllimləri Sabirabad Olimpiya İdman Kompleksində, dekabrın 11-12-də Xaçmaz rayon müəllimləri Xaçmaz Olimpiya İdman Kompleksində, dekabrın 16-20-də Sumqayıt şəhəri, Abşeron, Qubadlı rayon müəllimləri Sumqayıt Olimpiya İdman Kompleksində imtahan verəcəklər. Dekabrın 24-25-də isə Gəncə müəllimləri Gəncə Olimpiya İdman Kompleksində imtahan verəcəklər.
Qeyd edək ki, 2016-cı ilin yanvarından adı çəkilən rayon və şəhər müəllimlərinin əmək haqlarının artırılması planlaşdırılır.