MSK şikayətləri əsassız saydı

MSK şikayətləri əsassız saydı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.

 Aktual.az-ın Trend-ə istinadən  məlumatına görə, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Vidadi İsgəndərov MSK-ya müraciət edərək yerlərdə onun seçicilərlə görüşlər keçirməsinə maneçilik törədildiyini iddia edib. V.İsgəndərov bununla bağlı əlində audio və video sübutların olduğunu bildirib.

MSK sədrinin müavini Natiq Məmmədov V.İsgəndərovun söylədiklərinin həqiqətə uyğun olmadığını və onun təqdim etdiyi sübutların hüquqi əsası olmadığını bildirib.

Komissiya V.İsgəndərlinin müraciətini əsassız sayaraq təmin etməyib.

Xəbər 577 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR