MSK sədri Latviyalı həmkarı ilə görüşüb

MSK sədri Latviyalı həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Latviya Mərkəzi Seçki Komissiyasının sədri Arnis Çimdarsın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

 Latviyalı həmkarını və nümayəndə heyətini salamlayan MSK sədri Məzahir Pənahov bütün sahələrdə əlaqələri genişlənən iki ölkənin seçki qurumları arasında əməkdaşlığın da ilbəil inkişafından məmnunluğunu bildirib və müxtəlif ölkələrin ali seçki qurumları ilə münasibətlərin davamlı təcrübə mübadiləsinin aparılmasına və beləliklə, seçki prakikasının daha da inkişaf etdirilməsinə xidmət göstərdiyini vurğulayıb.


Səmimi qəbula görə təşəkkürünü bildirən Latviya Mərkəzi Seçki Komissiyasının sədri Arnis Çimdars noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıb. Qonaqların suallarını cavablandıran MSK sədri Məzahir Pənahov Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün atılmış addımlar və həyata keçirilmiş irimiqyaslı layihələr barədə ətraflı məlumat verib. Görüşdə həmçinin, qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR