MSK seçkinin nəticələrini elan etdi - Rəsmi

MSK seçkinin nəticələrini elan etdi - Rəsmi

Azərbaycanda keçirilən növbədənlənar prezident seçkilərinin ilkin nəticələri elan olunub.
Aktual.az xəbər verir ki, bu barədə nəticəni Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi brifinqdə açıqlayıb.
O bildirib ki, seçki bülletenlərinin 93,3 faizi sayılıb. Hazırkı nəticəyə görə, İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Digər namizədlərin səs faizi isə belədir: Qüdrət Həsənquliyev 1,76 faiz, Zahid Oruc 2,19 faiz, Fazil Mustafa 2 faiz, Elşad Musayev 0,67 faiz, Razi Nurullayev 0,8 faiz, Fuad Əliyev 0,53 faiz.
Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR