Moskvada silsilə terror aktlarının qarşısı alındı

Moskvada silsilə terror aktlarının qarşısı alındı
  • DÜNYA

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) paytaxt Moskvada silsilə terror aktları törətmək istəyən şəxsləri saxlayıb.

Aktual.az  azvision.az-a istinadən xəbər verir ki, FTX-nın yaydığı məlumatda terror aktların arxasında İŞİD-in Türkiyədə gizlənən elçisinin durduğu bildirilir.

Diversiya-təxribat qrupu bir Rusiya və bir neçə Tacikistan vətəndaşından ibarət olub.

Partlayıcı qurğulardan biri Moskvanın cənub-qərbindəki yaşayış binalarından birində zərərləşdirilib.

Xüsusi əməliyyat Nametkina küçəsindəki 18 mərtəbəli evdə keçirilib.

"Partlayıcı qurğu evin 10-cu mərtəbəsindəki mənzillərin birində aşkarlanaraq zərərləşdirilib. 19-u uşaq olmaqla, 145 sakin təxliyə edilib", - deyə məlumatda bildirilir.
 
Aktual.az
Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR