Moskvada keçiddə partlayış baş verib

Moskvada keçiddə partlayış baş verib
  • DÜNYA

Rusiya paytaxtı Moskva şəhərinin cənubunda yerləşən "Kolomensk" metro stansiyasının keçidində partlayış olub.

Aktual.az  report-a istinadən xəbər verir ki, bunu Moskvanın təcili yardım xidmətlərindən bildiriblər. 
Məlumata görə, partlayış Andropov prospektindəki "Kolomensk" metrosunun yeraltı keçidində baş verib. Hadisə nəticəsində iki nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib. 
Şahidlərinin dediyinə görə, partlayış nəticəsində 5 kv.m sahədə yanğın olub. Məlumata görə, yanğın söndürülüb.
Polis hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyini açıqlayıb. 
 
Aktual.az
Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR