Moldovada prezident seçkiləri keçirilir

Moldovada prezident seçkiləri keçirilir
  • DÜNYA

Bu gün Moldovada prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb. 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, prezident seçkilərinin oktyabrın 30-da keçirilən birinci turunda ən çox səs toplamış iki namizəd  - sosialistlərin lideri İqor Dodon (47,98 faiz) və Həmrəylik və Fəaliyyət Partiyasının sədri Mayya Sandu (38,71 faiz) prezident kürsüsü uğrunda mübarizə aparırlar.
 
Seçkilərin ikinci turunda ən çox səs toplayan namizəd 4 il müddətinə  prezident seçiləcək. Seçki məntəqələri yerli vaxtla saat 7.00-da açılıb, səsvermə yerli vaxtla saat 21.00-da başa çatacaq. Ölkədə 1981 seçki məntəqəsi var. Xarici ölkələrdəki vətəndaşların səs verməsi üçün isə 100 seçki məntəqəsi açılıb. Bakıdakı Moldova səfirliyində seçki məntəqəsi açılıb.
 
 
Aktual.az
Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR