Mobil internetdən hansı ölkədə daha çox istifadə olunur?

Mobil internetdən hansı ölkədə daha çox istifadə olunur?
  • DÜNYA

Avropa Statistika Komitəsi Avropanın hansı ölkəsində daha çox mobil internetdən istifadə olunduğunu hesablayıb

Lent.az-ın "runews24.ru” saytına istinadən məlumatına görə, nə qədər çox insanın mobil internetdən istifadə etdiyini müəyyən etmək üçün statistiklər sorğu keçiriblər. Mütəxəssislər 16-74 yaşlı Avropa Birliyi ölkələrinin sakinlərini sorğu-sual ediblər. 

Sorğunun nəticələrindən məlum olub ki, son üç ay ərzində daha çox mobil internetdən İspaniya sakinləri istifadə ediblər. Bu göstərici ölkədəki bütün ümumi internet istifadəçilərinin 93 faizi təşkil edib. 

Bundan başqa, Kipr və Hollandiyada mobil telefonlardan internetə çıxışı istifadəçilərin 88 faizi əldə edib. Xorvatiyada bu rəqəm 87 faiz, Böyük Britaniyada 86 faiz, Danimarkada 85 faiz, Latviyada isə 62 faiz təşkil edib.  
Litva, Estoniya, Polşa və Çexiya kimi ölkələrə gəldikdə, bu ölkələrin sakinləri internetə çıxış əldə etmək üçün daha çox noutbuklardan istifadə ediblər.
 
Aktual.az
Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR