Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsi heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin təminatı ilə məşğuldur.
Nazirliyin məlumatında o da bildirilir ki, Silahlı Qüvvələrin hərbi qulluqçusu polkovnik Ağalar Manafovun qurumun Xüsusi Təhlükəsizlik İdarəsinə heç bir aidiyyəti yoxdur.