“Miss Kainat” seçildi - Fransalı qız

“Miss Kainat” seçildi - Fransalı qız
  • DÜNYA

"Miss Kainat” gözəllik müsabiqəsinin birincisi Fransa nümayəndəsi İris Mittener olub.

AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, üçlüyə Haiti nümayəndəsi 25 yaşlı Rakel Pelisye və Kolumbiya nümayəndəsi 23 yaşlı Andrea Tovar da daxil olub.

Qalib seçilən 23 yaşlı İris ektremal idman növlərini sevdiyini açıqlayıb. Bundan əvvəl Fransa nümayəndəsi yalnız bir dəfə 1953-cü ildə "Miss Kainat” adını qazana bilib.

Müsabiqənin final şousu yanvarın 30-da Flippinin paytaxtı Manilada keçirilib. Burada bütün dünya üzrə 86 namizəd iştirak edib.

Ötən ilki müsabiqənin qalibi flippinli Pia Alonso Vurttsbah yarışın nəticələri dərc olunan vərəqi yaxşı oxuya bilməsi üçün aparıcı Stiv Harviyə eynək verib. Belə ki, ötən il, Harvi yanlışlığa yol vermiş və qalib kimi Kolumbiya namizədi Ariadna Gutyerresin adını çəkmişdi. O, yalnız 2 dəqiqə sonra səhv etdiyini anlamışdı.

"Miss Kainat” gözəllik müsabiqəsi hər il keçirilir. Qalib gələn iştirakçı ilə bir illik müqavilə imzalanır. Bundan sonra titulun sahibəsi reklam məqsədilə bütün dünyanı gəzir.
 
Aktual.az
Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR