Misirdə 12 yaşlı oğlan 11 yaşlı xalası qızı ilə nişanlandı – FOTO

Misirdə 12 yaşlı oğlan 11 yaşlı xalası qızı ilə nişanlandı – FOTO
  • DÜNYA

Böyük oğlunun dəbdəbəli toy şənliyində Nasser Hassan ailələrinə daha bir sevincli xəbərin lazım olduğunu düşünüb və kiçik oğlu Ömərin xalası qızı Hərəm ilə evlənəcəyini elan edib. Qahirənin 120 km-də keçirilən toyda qonaqlar bu xəbərə çox təəccübləniblər. Bəziləri isə bunun qeyri-adi bir şey olmadığını bildiriblər, belə ki, bu toy deyil, sadəcə, nişandır. 

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, Ömərin 12, Hərəmin isə 11 yaşı var. 

Misir qanunlarına görə, 18 yaşına çatmayanlar arasında nikahın bağlanmasına icazə verilmir. Amma UNİCEF hesabatlarına görə, qızların 17%-i 18 yaşına çatmamış ərə verilir, erkən nikah ənənəsi, xüsusilə, kənd yerlərində yayılıb. 

Gənc cütlüyün yerli KİV-də dərc edilən şəkilləri, xüsusən uşaq haqlarının nümayəndələrində narazıçılığa səbəb olub. Təşkilatın fəalları Uşaq və Ana Müdafiəsi üzrə Milli Mərkəzə hadisə barədə bildiriblər, eləcə də valideynlərin məsuliyyətə cəlb edilməsi üçün baş prokurorluğa müraciət ediblər, axı bunun sonu erkən nikaha, qızın təhsildən yayınmasına, cəmiyyətdən təcrid edilməsinə gətirib çıxaracaq.   

Belə qəzəb dalğası ilə üz-üzə qalan Ömərin atası, yerli KİV-də azad insan olduğunu və pis heç nə etmədiyini bildirib. Öz qərarını müdafiə edərək o, oğlunun hər zaman xalası qızını çox sevdiyini və böyüyəndə onunla evlənəcəyini bildirib. Nasser uşaqların dərrakəli olduqlarını və bir-birinə qarşılıqlı hissləri olduğunu deyib. 

Məhz buna görə də Nasser Həsən nişan haqqında belə tez elan edib ki, qız bir qədər böyüdükdən sonra ona başqası elçi gəlməyi düşünməsin. Bununla yanaşı, oğlanın atası onların qanunla qəbul edilən yaşa çatdıqda evlənəcəklərini bildirib.  
 
 

Aktual.az
Xəbər 1297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR