Mişel Obamanın modelyeri Melaniya Trampla işləməkdən imtina etdi

Mişel Obamanın modelyeri Melaniya Trampla işləməkdən imtina etdi
  • DÜNYA

Müştərilərindən biri Mişel Obama olan fransalı modelyer Sofi Tele ABŞ-ın yeni birinci xanımı Melaniya Trampla işləməkdən imtina edib.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, müvafiq bəyanat açıq məktubda Sofinin Twitter səhifəsində yerləşdirilib.

""Sophie Theallet” brendi diskriminasiya və ayrı-seçkiliyə qarşıdır (...) Bu ölkədə miqrant olmağıma baxmayaraq mən öz arzularımı həyata keçirdim. Birinci xanım Mişel Obamanı səkkiz il ərzində geyindirmək mənim üçün şərəf idi”, - dizayner yazır.

Tele həmçinin qeyd edir ki, "fərdi azadlığa və digər insanların həyat tərzinə hörmət ilə yanaşan” bir insan kimi o gələcək dövlət başçısının xanımı geyindirmək və onunla əməkdaşlıq etmək niyyətində deyil.

"Onun həyat yoldaşının seçki qabağı təşviqatda dini irqçilik və ksenofobiya ilə bağlı ifadələri bizim həyat dəyərlərimizə ziddir”, - Sofi Tele bəyan edib.
 
Aktual.az
Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR