Mingəçevir sakini sevdiyi qadını qaçıran şəxsi amansızlıqla öldürdü – TƏFƏRRÜAT

Mingəçevir sakini sevdiyi qadını qaçıran şəxsi amansızlıqla öldürdü – TƏFƏRRÜAT

Dünən Mingəçevir şəhərində törədilmiş dəhşətli qətlin təfərrüatı üzə çıxıb.

Aktual.az  Lent.az-a istinadən xəbər verir ki, 27 yaşlı Eldar Abbasovunİsmət Qayıbov küçəsindəki bərbərxanada işləyən Pərviz Məmmədovuqısqanclıq zəminində öldürdüyü dəqiqləşib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Pərviz Eldarın sevdiyi qadınla evlənib. Belə ki, pul yığmaq üçün Dağıstana işləməyə gedən Eldar bir müddət sonra Pərvizin onun sevdiyi qızı qaçıraraq evləndiyini eşidib. Bundan sonra o, Pərvizlə görüşmək istəyib. Lakin 34 yaşlı Pərviz söhbətə ehtiyac olmadığını deyib. Bundan sonra Eldar Abbasov Pərvizin işlədiyi yerə gələrək, ona 20-dən çox bıçaq zərbəsi endirib. Yaxınlıqdakı şəxslər onları ayıra bilməyib və yalnız hadisə yerinə gələn polislərin müdaxiləsindən sonra Pərvizi xəstəxanaya göndərmək mümkün olub. Lakin o, yolda  keçinib.
E.Abbasov hadisə yerində tutularaq, istintaqa təhvil verilib.
Qeyd edək ki, P.Məmmədov keçən il evlənib və yenicə ata olubmuş.
 
Aktual.az 
Xəbər 2089 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR