Milli Məclisin iclasının gündəliyi məlum oldu

Milli Məclisin iclasının gündəliyi məlum oldu

Azərbaycan Milli Məclisinin martın 4-də keçiriləcək plenar iclasının gündəliyinə 18 məsələ daxildir.


Aktual.az Apa-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bunlar Ombudsmanın 2015-ci il üzrə illik hesabatı, İnzibati Xətalar Məcəlləsinə bir neçə dəyişiklik, o cümlədən məcəllədə yanvarın 19-da qəbul edilmiş əlavəyə prezident tərəfindən veto qoyulması ilə bağlı sənəddən ibarətdir.

Gündəliyə həmçinin V çağırış Milli Məclisdə xarici ölkə parlamentləri ilə işçi qrupların rəhbərlərinin yenidən təsdiqlənməsi, “Lisenziyalar və icazələr haqqında”, “Poçt ödəniş xidmətləri haqqında”, “Kitabxana işi haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunlara dəyişikliklərin müzakirəsi və bir neçə ölkə ilə sazişlərin ratifikasiyası salınıb.

Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR