Millət vəkili xəstəxanaya yerləşdirilən Tovuz sakinini ziyarət edib

Millət vəkili xəstəxanaya yerləşdirilən Tovuz sakinini ziyarət edib


Millət vəkili Qənirə Paşayeva ilan vurması ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Tovuz sakinini ziyarət edib və ilan vurmaların artması ciddi narahatçılıq doğurur deyib. Millət vəkili həmçinin rayon məhkəzi xəstəxanasında yatan bir çox xəstələri də ziyarət edib, qayğıları ilə maraqlanıb.

43 yaşlı Tovuz sakini Nuru Nuruyev Hunanlar kəndində Kür çayının ətrafında balıq ovlayan zaman onu ilan sancıb. Dostları ilə çaya gedən Nuru Nuruyevi suyun içində ilan əlindən dişləyib. Dərhal ətrafdakıların köməyi ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılan zərərçəkənə ilan zəhəri əlehinə zərdab vurulub. Xəstəni rayon məkkəzi xəstəxanasında ziyarət edən millət vəkili Qənirə Paşayevaya həkimlər 43 yaşlı Nuru Nuruyevi şahmar ilanı sancdığını deyiblər və bildiriblər təcili bütün zərdablar vurulub və xəstə ağır vəziyyətdən çıxarılıb. Hazırda ilan sancan Nuru Nuruyevin vəziyyətinin orta-ağır olduğunu deyən həkimlər edilən bütün yardımlar nəticəsində vəziyyətin müsbətə doğru dəyişdiyin deyiblər. Millət vəkili Qənirə Paşayeva Nuru Nuruyevin özü və ailə üzvləri ilə də söhbət edib, ona qısa zamanda tam sağalmasını diləyib, qayğıları ilə maraqlanıb və xəstəyə təcili bütün yardımları göstərən tibb işçilərinə təşəkkürünü bildirib. Bu il Tovuzda ilanvurma hallarının artmasını vurğulayan, 25-ə yaxın sakinin bununla bağlı xəstəxanaya çatdırıldığını deyən millət vəkili Qənirə Paşayeva özəlliklə çol sahələrində işləyən kənd sakinlərini diqqətli və ehtiyatlı olmağa və belə hal baş verdikdə gecikmədən xəstəxanaya müraciət etməyə çağırıb. Millət vəkili Qənirə Paşayeva eyni zamanda xəstəxanada yatan xəstələrlə də maraqlanıb, ailə üzvləri ilə söhbət edib, xəstələrə şəfalar diləyib. O eyni zamanda rayon mərkəzi xəstəxanasının tibb kollektivi ilə də söhbət edib, qayğıları ilə maraqlanıb və onlara bu fədakar peşələrində uğurlar diləyib

Xəbər 847 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR