Millət vəkili Q.Paşayeva "ADA" Universitetində qəhrəman şəhidimiz polkovnik-leytenantR.Orucovla bağlı anım tədbirində gəncləri Azərbaycan həqiqətlərinin yayılmasında fəal olmağa çağırıb
"ADA” Universitetinin Tələbə
Şurası və "Aprel şəhidləri 2016: şəhid ailələrinə dəstək” İctimai Birliyinin
birgə təşkil etdiyi anım
tədbirində çıxışı zamanı millət vəkili Q.Paşayeva Aprel zəfərini
xalqımıza yaşadan qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək
Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə
olmasından ətraflı danışıb və belə qəhrəman oğulları böyüdən ata-anaların
qarşısında baş əyirik deyib. Qəhrəman
komandir, polkovnik-leytenant Rafuq Orucovu yaxından tanıdığını
deyən millət vəkili Q.Paşayeva onun haqqında geniş çıxış edib, qəhrəmanlıq
yolundan danışıb və gəncləri Raguf Orucov kimi qəhrəmanlardan örnək götürməyə
çağırıb. "ADA" Universitetinə qəhrəman şəhidlərimizlə bağlı keçirdikləri tədbirlər üçün təşəkkürünü
bildirən millət vəkili Q.Paşayeva ali təhsil ocaqlarında və orta məktəblərdə bu
cür tədbirlərin böyük önəmini xüsusi vurğulayıb. Ali Baş Komandanımız, cənab
Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili
Q.Paşayeva böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz
fəal olmalıyıq deyib. Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz
hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham
Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün
şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər.Q. Paşayeva
"o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin
də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və
növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi
altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda,
Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək deyib. Aprel şəhidlərimizin
ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid
ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı
etmişdi deyən millət vəkili Q.Paşayevahər zaman sizin yanınızdayıq, bütün
Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. .Biz hamımız dünyanın
harasında yaşamamızdan asılı olmayaraq ölkəmizin könüllü əsgəriyik və olmalıyıq
deyən Q.Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı
olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin
dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır .
Millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin
dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan
geniş istifadə etməyə də çağırıb.O,gənclərimizi sosial şəbəkələrdə keçirdikləri
zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə,
Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı
yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb.Qənirə
Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri
onlardan Vətən sevgisi örnəyini almağa çağırıb. Millət vəkili Q.Paşayeva bizim
üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin
daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də
geniş fikirlərini söyləyib.Dövlətin, millətin inkişafının gənclərlə bağlı
olduğunu söyləyən deputat qeyd edib ki, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi
deməkdir. Millət vəkili tələbələrə dil bilgilərindən yararlanaraq Azərbaycanın
haqq səsini sosial media vasitəsi ilə dünyayadaha fəal çatdırmağı
tövsiyə edib.Q.Paşayeva "ADA" Universitetinin ölkəmizin ən
yaxşı təhsil ocaqlarının önündə gəldiyinin qeyd edib, gənclərin fəallığının əhəmiyyətini
vurğulayıb, dövlətçiliyimizin möhkəmlənməsi və inkişafında gəncliyin rolundan
geniş bəhs edib. Q.Paşayeva tələbələri universitetdə keyfiyyətli təhsil üçün
yaradılmış mühitdən lazımınca istifadə etməyə və xalqımız, dövlətimiz naminə gələcəkdə
səmərəli fəaliyyət göstərmək üçün hazırlaşmağa səsləyib.Tədbirin sonunda
Q.Paşayeva tələbələrin maraqlandıran sualları da cavablandırıb və tədbirdə
iştirak edən müəllimlərlə də görüş və fikir mübadiləsi aparıb. Tədbirdə millət vəkili Adil Əliyev də geniş çıxış edərək
gənclərə çağırışlaqr səsləndirib. "ADA”
Universitetində keçirilən tədbirdə aparat rəhbəri Şəfəq Mehrəliyeva, Tələbə
Şurasının sədri Qoşqar Qədimbəyli, qəhrəmanın oğlu Aqşin Orucov Aprel döyüşlərinin
əhəmiyyətindən və həmin döyüşlər zamanı xüsusi rəşadət göstərmiş R.Orucovun
igidliyindən bəhs ediblər. Tədbirdə Ağdam rayon icra hakimiyyətinin rəsmiləri,
ziyalılar, ictimaiyyət nümayəndələri, Regional Hüquqi və İqtisadi Maarifləndirmə
İB-nin sədri Arzu Bağırova, Sağlamlığın
Qorunması İB-nin sədri Yazgül Abdiyeva, qeyri-hökumət təşkilatları və KİV nümayəndələridə iştirak ediblər.
Millət vəkili Q.Paşayeva "ADA" Universitetində tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=hBCPaMeTMQ0
https://www.youtube.com/watch?v=4K0p4ieJSdA
https://www.youtube.com/watch?v=gdx_RGRSdC4&feature=youtu.be