Millət vəkili Birinci xanımı belə təbrik etdi

Millət vəkili Birinci xanımı belə təbrik etdi
  • TABLO2

O, həyatda tanıdığım ən gözəl insanlardandır. Qəlbindəki böyük sevgisi, humanizm duyğuları ilə bərabər ağlı, mərdliyi, cəsarəti ilə də özəl bir İnsandır.

Aktual.az xəbər verir ki, bu sözləri Millət vəkili Qənirə Paşayeva ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın doğum günü ilə bağlı təbrikində söyləyib.

O, təbrikini Mehriban xanımın Feysbuk hesabındakı rəsmi səhifəsində yayıb:

“Allah ondan - fiziki və mənəvi - heç bir gözəlliyi əsirgəməmiş. Xarici qədər daxili də gözəl olan bu Qadın minlərlə gənc qızın örnək aldığı, oxşamaq istədiyi bir İnsandır. Sadəcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da hər zaman haqqında böyük heyranlıqla danışılan bir Şəxsiyyətdir. Azərbaycanı və qadınımızı dünyada ən gözəl şəkildə təmsil edən bir Azərbaycan Qadınıdır. Amma onu sadəcə bir sözlə ifadə et desəydilər, bu söz Xeyirxahlıq olardı. O, sanki dünyaya elə bu missiyayla gəlib və onu ən gözəl şəkildə də icra edir

Ölkəmiz üçün gördüyü gözəl və böyük işlərlə bərabər, o gözəl Ana və nənədir. Bu gün onun, həyatımda böyük rol oynamış və çox şeylər öyrəndiyim gözəl İnsanın, milyonlarla insanın sevimlisi Ölkəmizin Birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, dəyərli Mehriban xanım Əliyevanın doğum günüdür. Onu təbrik edir və Allahdan qəlbində olan bütün arzularına çatmasını diləyirəm”.

 
Xəbər 1803 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR