Bakı şəhəri, Nərimanov rayonunda yeləşən "Metropark” ticarət mərkəzində bədbəxt hadisə baş verib.
Nərimanov Rayon Prokurorluğundan "Report”a verilən məlumata görə, ticarət mərkəzində eskalatorla hərəkət edən 6 yaşlı A.B. adlı qız ağır xəsarət alıb. Belə ki, 2010-cu il təvəllüdlü uşağın ayağı eskalatora ilişib və barmağının bir hissəsi qopub. Azyaşlı xəstəxanaya çatdırılıb, onun ayağının bir barmağı amputasiya olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Aktual.az
Xəbər 854 dəfə oxunub.