Messi mühafizəçilərin pulunu cibindən ödədi

Messi mühafizəçilərin pulunu cibindən ödədi
  • DÜNYA

Argentina yığmasının kapitanı Lionel Messi Argentina Futbol Assosiasiyasının (AFA) milli komandanın təhlükəsizliyini təmin edən mühfizə xidmətinin əməkdaşlarına olan borcunu ödəyib.

Oxu.Az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Diariouno radiosu məlumat verib.

Məlumata əsasən, mühafizəçilər 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Braziliya-Argentina matçından sonra (xatırladaq ki qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb) Messiyə müraciət ediblər. Beş-altı ay ərzində maaş almadıqlarını bildirən təhlükəsizlik xidmətinin əməkdaşları futbolçudan kömək istəyiblər. 

Nəticədə Argentina yığmasının kapitanı öz atası ilə əlaqə saxlayıb, və mühafizəçilərin pulu futbolçunun şəxsi hesabından ödənilib.

Qeyd olunur ki, Messi bu məlumatın KİV-də yayılmasını istəmirdi.
 
Aktual.az
Xəbər 536 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR