Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki şirkətin xalis mənfəəti 74 % artıb

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki şirkətin xalis mənfəəti 74 % artıb

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus "MİDA” MMC 2022-ci ili 2,211 milyon manat xalis mənfəətlə başa vurub.
Aktual.az xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 74,1 % çoxdur.
Ötən il kommersiya qurumunun müştərilərlə müqavilələrdən gəlirləri 89,328 milyon manat (əvvəlki ilə nisbətən 12,7 % çox), satışının maya dəyəri 70,252 milyon manat (8,4 %çox), sair əməliyyat gəlirləri 744 min manat (18,8 % çox), ümumi və inzibati xərcləri 14,455 milyon manat (42,4 % çox), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərəri 125 min manat (əvvəlki il gəlir olub), maliyyə gəlirləri 1,68 milyon manat (18,2 % az), maliyyə xərcləri 3,983 milyon manat (37,3 % az), mənfəət vergisi ödəmələri isə 726 min manat (15,4 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "MİDA"nın aktivləri 448,025 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 19,4 % azalaraq 214,054 milyon manata düşüb, balans kapitalı isə 19,3 % artaraq 233,971 milyon manata çatıb.
Xatırladaq ki, "MİDA" MMC 11 aprel 2016-cı ildə yaradılıb, həmin ilin may 17-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.

Xəbər 478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR