Məni öldürmək üçün bəhanə hazırlayır - Simonyan

Məni öldürmək üçün bəhanə hazırlayır - Simonyan

Ukrayna xüsusi xidmət orqanları mənim dünyada səyahət etmək imkanlarını bağlayır və elə bilirlər ki, mən buna kədərlənəcəyəm.
Aktual.az xəbər verir ki, bunu "Rossiya Seqodnya” və RT telekanalının baş redaktoru Marqarita Simonyan deyib.
"Gedə bilməsəm kədərlənəcəyim yeganə yer doğma Krasnodar diyarıdır”, - Simonyan bildirib.
Onun sözlərinə görə, bununla Ukrayna Təhlükəsizlik Xidməti onu öldürmək üçün əvvəlcədən bəhanə hazırlayır.
Qeyd edək ki, dünən Ukrayna Təhlükəsizlik Xidməti Marqarita Simonyana cinayət işi açıb.
Xəbər 166 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR