Melaniya Tramp oğlu ilə Ağ Evə köçməkdən imtina etdi

Melaniya Tramp oğlu ilə Ağ Evə köçməkdən imtina etdi
  • DÜNYA

ABŞ-ın 45-ci prezidenti Donald Tramp 2017-ci il yanvarın 20-də baş tutacaq inauqurasiya mərasimindən sonra ənənəyə uyğun olaraq Ağ Evə köçməlidir.

Aktual.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, yeni prezidentin həyat yoldaşı Melaniya Tramp və oğlu Berron isə onu bu səfərdə müşayiət etməyəcək.

Belə ki, onlar inauqurasiyadan sonra da Nyu-Yorkdakı villasında qalmağı planlaşdırırlar.

ABŞ-ın birinci xanımının bu qərarı 10 yaşlı oğlunu depressiyaya salmaq və onun rahatlığını pozmaq istəmədiyinə görə verdiyi bildirilir.

Bundan əlavə, Donald Trampın ailəsinin təhlükəsizliyi üçün mühafizəçilərin sayını əvvəlkindən də bir neçə dəfə çox artıracağı iddia olunur.
 
Aktual.az
Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR