Mehman Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Mehman Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Aktual.az  Apa-ya istinadən xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə M. Hüseynovun vəkilləri Elçin Sadıqov, Fuad Ağayev və Şəhla Hümbətova vəsatətlərlə çıxış ediblər. Onlar M. Hüseynovun vəkillərin yanında əyləşməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi, prosesdə audio və ya video çəkiliş aparılması, iclasın istintaqla aparılması, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin dindirilməsi və digər məsələlər barədə vəsatət veriblər. Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmə iclası aprelin 10-da davam edəcək.
 
Aktual.az
Xəbər 230 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR